Daha bir azərbaycanlı idmançı dopinqdə "ilişib". Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edildiyini açıqlayıb.
Unikal.org xəbər verir ki, Elmar Alıyev (56kq) dopinq-testi müsbət nəticə verib və 4 il müddətinə diskvalifikasiya olunub. Onun orqanizmində qadağan olunmuş Urine substitution (M2. Chemical and Physical Manipulation) peraparatı aşkar olunub.
Ağırlıqqaldıranın cəzası 12 sentyabr 2018-ci ildən hesablanacaq və 12 sentyabr 2022-ci ildə başa çatacaq.