Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Lepseus küçəsində qeydə alınıb. Atışma nəticəsində 3 nəfər yaralanıb. 

Güllə yarası alan şəxslərdən biri “Ararat -2” futbol klubunun qapıçı 23 yaşlı Muşeq Qevondyandır. O, xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətdən dünyasını dəyişib. 

Cinayətlə bağlı araşdırma aparılır. İnsidentin səbəbləri barədə məlumat verilməyib.