Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Unikal.org xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki cavab oyunu bu gün keçiriləcək. “Mançester Siti”doğma azarkeşləri önündə “Tottenhem”i qəbul edəcək. İlk görüşdə rəqibini minimal hesabla məğlub edən “Tottenhem”də komandanın əsas “qol silahı” Harri Keyn zədə səbəbindən bu matçda forma geyinməyəcək. “Mançester Siti”də isə ciddi itki yoxdur.
Günün digər qarşılaşmasında “Portu” “Liverpul”u qəbul edəcək. İlk oyunda 2:0 hesablı qələbə qazanan İngiltərə təmsilçisi, bu görüşün də əsas favoritidir.
Qeyd edək ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Barselona” öz meydanında “Mançester Yunayted”i qəbul edib. İlk oyunda səfərdə minimal hesablı qələbə qazanan Kataloniya təmsilçisinə növbəti mərhələyə yüksəlib. Amma İspaniya nəhəngi bu dəfə daha böyük hesabla qələbə qazanaraq, yarımfinala yüksəlib.
Günün digər qarşılaşması isə İtaliyada baş tutub. “Yuventus” doğma azarkeşləri önündə “Ayaks”ı qəbul edib. İlk oyunda heç-heçəyə razılaşan komandaların cavab matçında da hesabı turinlilər açıblar. Amma hollandların buna cavabı gecikməyib. Bu azmış kimi, ikinci hissədə “Ayaks” daha bir qol vurmaqla İtaliya çempionuna əsl şok yaşadıb. Qarşılaşmada başqa qol olmayınca, Hollandiya təmsilçisi, Madrid “Real”ının ardından bu turnirin daha bir favoritini mübarizədən uzaqlaşdırmaqla növbəti sensasiyasını gerçəkləşdirib.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
17 aprel
23:00 Mançester Siti (İngiltərə) – Tottenhem (İngiltərə)
İlk oyun – 0:1
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Mançester, “Etihad” stadionu
23:00 Portu (Portuqaliya) – Liverpul (İngiltərə)
İlk oyun – 0:2
Baş hakim: Dani Makkeli (Hollandiya)
Portu, “Draqan” stadionu
16 aprel
Barselona (İspaniya) – Mançester Yunayed (İngiltərə) 3:0
Qol: Messi, 16; 20. Koutinyo, 61.
İlk oyun – 1:0
Baş hakim: Feliks Brix (Almaniya)
Barselona, “Kamp Nou” stadionu.
Yuventus (İtaliya) – Ayaks (Hollandiya) 1:2
Qol: Ronaldo, 28 – V.D.Bek, 34. De Liqt, 67.
İlk oyun – 1:1.
Baş hakim: Kleman Tyurpen (Fransa)
Turin, “Juventus Stadium”