İzmirin Qarabağlar bölgəsində boş ərazidə oynarkən 1,5 metr dərinliyindəki içi su dolu çuxura düşən 7 yaşlı Yusuf Təncirlioğlu ilə qardaşı 5 yaşlı Ali Tencirlioğlunun həyatını itirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı 5 nəfərin ifadəsi alınıb, hazırda onlarla bağlı məhkəmə prosesləri davam edir. Daha 2 şübhəli şəxsin ifadəsi alınıb. Hazırda şübhəli bilinən şəxslər ölkədən kənar çıxa bilməzlər.
Bildirilir ki, azyaşlıları quyudan təsadüfən o ərazidə top oynayan uşaqlar tapıb. Quyuya düşən uşaqların ailələrinə bu barədə məlumat verilib. Həmin əraziyə gələn uşaqların yaxınlarından xalası quyuya enərərək onları oradan çıxarıb. Azyaşlılar xəstəxanaya çatdırılsa da həyatlarını xilas etmək mümkün olmayıb.