Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında Azərbaycanı daha bir karateçi təmsil edəcək.
Unikal.org-un məlumatına görə, Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə, Rafiz Həsənov (67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.
50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı 2-ci Avropa Oyunlarında Azərbaycanın 7 karateçisi mübarizə aparacaq. Bunlar Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretskadır (68 kq) .
Qeyd edək ki, 2-ci Avropa Oyunları 1-30 iyunda baş tutacaq. Karate yarışları 29-30 iyunda Minskin Çijovka-Arena kompleksində keçiriləcək.