“Liverpul” İngiltərə Premyer Liqasının 36-cı turunda “Haddersfild”i 5:0 hesabıyla məğlub edib.
Unikal.org xəbər verir ki, sözügedən qarşılaşmada iki qol vuran “Liverpul”un futbolçusu Məhəmməd Salah, yeni rekorda imza atıb. Belə ki, misirli hücumçu “Liverpul”da iştirak etdiyi 100-cü oyununda 69 qol vurub. Bu, klub tarixinin ən yaxşı göstəricisidir.
Salahdan əvvəlki rekord Rocer Hanta aid idi. Hant “Liverpul” formasıyla çıxdığı ilk 100 oyunda 68 qol vurmağı bacarmışdı.