Belarus Prezidenti Aleksandr Lukaşenko gözlənilmədən Çindəki “Bir qurşaq, bir yol” konfransını tərk edib.

Unikal.org axar.az-a istinadən xəbər verir ki, bu məlumat Teleqram sosial şəbəkəsindəki “Rasstriqa” kanalında yayımlanıb.

Bildirilib ki, Lukaşenkonun Çini tərk etməsinə səbəb onunla Rusiya Prezidenti Vladimir Putin arasında yaşanan konflikt olub. Vəziyyət o həddə çatıb ki, Lukaşenko Çindəki heç bir rəsmi görüşünü gözləməyib.

“Rasstriqa” kanalı Putinlə Lukaşenko arasında münasibətlərin pozulmasına səbəb kimi Rusiya Prezidenti Putinin Belarus lideriylə görüşdən imtina etməsini göstərib.