Bu gün Türkiyədə ağır yol qəzası baş verib.

Unikal.org-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İzmirin Buca qəsəbəsinin Kaynaklar məhəlləsi yaxınlığında minik avtomobili qarşı yola çıxaraq başqa bir minik avtomobili ilə toqquşub.

Nəticədə 7 nəfər həyatını itirib, bir nəfər yaralanıb. Ölənlərdən 4-ü uşaqdır.