Fransada "sarı jiletlilər"in növbəti etiraz aksiyası keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, “sarı jiletlər” etiraz aksiyasının 24-cü aktında ölkə üzrə 23 min 600 nümayişçi iştirak edib.

Paytaxt Parisdəki etirazlara isə 2600-dən çox şəxs qatılıb.