Türkiyənin Kayseri şəhərində keçirilən futbol qarşılaşmasından geri dönən Alanyaspor futbol klubunun idmançılarını aparan mikroavtobus aşıb.
Unikal.org xəbər verir ki, ilkin məlumata görə, Kayserispor ilə 1-1 edən Alanyaspor futbolçuları Caulker, Dlajma, Baiano, Cisse, Welinton, Sackey və Süral birlikdə Alanyaya dönmək üçün VIP mikroavtobus kirayəyə götürülüb.
Kayseridən yola çıxan mikroavtobus, Antalya-Alanya yolunda, şəhər mərkəzinə 5 kilometr qalmış yoldan çıxaraq aşıb. Qəza zamanı biri ağır olmaqla 7 alman futbolçu yaralanıb. Hadisə yerinə təcili tibbi briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.