İranlı “Hulk” kimi  tanınan Sajad Garibi qeyri-adi iri bədən qurluşu ilə bütün dünyada tanınır. Müsahibələrinin birində qarışıq döyüş növləri (MMA) ilə məşğul olmaq istədiyini  bildirən Garibi bu istəyini bu günə qədər həyata keçirə bilməmişdi.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, artıq iranlı “Hulk”ın MMA-da döyüşmək xəyalı gerçək olur. Döyüşün kiminlə və nə zaman baş tutacağı haqqında məlumat hələ ki, verilməyib. 

Bu barədə S.Garibi özü facebook-da məlumat verib. Brazilyalı döyüşçülərdən biri ilə 2020-ci illəd qarşılaşacağını deyən “Hulk” onun kimliyi barədə məlumat verməyib. Onun sosial şəbəkədən bu məlumatı verməsi Romario dos Santos Alvesi yada salıb. 

Belə ki, bodibildinq və fitnesslə məşğul olan qol əzələsi 63 sm olan Romario dos Santos Alves 27 yaşlı Garibiyə meydan oxumuşdu.  

176 sm. boyunda və 104 kq ağırlığında olan Brazilyalı idmançı “Hulk”ın adını eşitdiyi zaman ona qarşı belə ifadələr işlətmişdi:

“Mən çəkimi 120 kilograma  qaldıracam, bu mesajım sənədir iranlı “Hulk”. Sən də çəkini 120 kq-a salacan vı biz döyüşəcəyik. Mən sənin başını bədənindən qopardacam”.