Türkiyə Super Liqasında 30-cu turun son oyunları keçirilib.
Unikal.org xəbər verir ki, İstanbulun “Qalatasaray” klubu “Konyaspor”la qarşılaşıb. Fatih Terimin komandası 3 xal qazanmaq üçün meydana çıxsa da, görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticə ilə “Qalatasaray” turnir cədvəlində liderliyə yüksəlmək şansını əldən verib.
Qeyd edək ki, 30 turdan sonra turnir cədvəlinə 62 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 60 xalla 2-ci, "Beşiktaş" isə 59 xalla 3-cüdür.