“Sakramento Kings” basketbol klubunun baş məşqçisi Lyuk Ualton müxbir Kelli Tennanta qarşı təcavüzdə günahlandırılır.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisənin 2017-ci ildə baş verdiyi bildirilib. Belə ki, Ualtonun “Golden State Warriors” klubunda köməkçi məşqçi işlədiyi zamanlarda otellərin birində Tennanta qarşı cinsi təcavüz etdiyi iddia edilir.
Lyuk bu hadis ilə bağlı yenidən məhkəməlik olub.
“Sakramento Kings” klubunun rəhbərliyi bununla bağlı açıqlama verib: “Hesabatların fərqindəyik və məlumat toplayırıq”.