Lənkəran rayonunda yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə hadisə Lənkəran-Lerik avtomobil yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, UAZ və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə UAZ-da olan 3 nəfər və "VAZ-2106"da olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.