Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Unikal.org xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında "Qarabağ" "Qəbələ"ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qolu 37-ci dəqiqədə "Qarabağ"ın ispaniyalı oyunçusu Miçel Madeyra vurub. Birinci hissə bu hesabla da başa çatıb. 58-ci dəqiqədə isə digər ispaniyalı futbolçu Dani Kintana fərqlənib. "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov ikinci hissənin sonlarına yaxın baş hakim İnqilab Məmmədova etiraz etdiyi üçün texniki zonadan uzaqlaşdırılıb. 81-ci dəqiqədə isə qonaqların legioneri Davit Volkov hesab arasındakı fərqi azaldıb.
İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən "Qəbələ" səfərdə vurduğu qolun üstünlüyü ilə 4-cü dəfə ölkə kubokunda finala vəsiqə qazanıb.
Əyalət təmsilçisi həlledici matçda "Zirə" - "Sumqayıt" cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş saat 20:00-da başlayacaq.