Portuqaliyada “Portu”nun şərəfini qoruyan təcrübəli qolkiper İker Kasilyas ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Unikal.org-un məlumatına görə, qolkiper məşq zamanı özünü pis hiss edib və təcili xəstəxanaya yerləşdirilib. Onun əməliyyat olunduğu bildirilib.
Hazırda durumu sabit olan 37 yaşlı İ.Kasilyas sağlamlığı ilə bağlı mövsümü başa vurub.
Qeyd edək ki, ispaniyalı qapıçı 3 dəfə Çempionlar Liqasının, 5 dəfə İspaniya çempionatının qalibi olub. O, millinin heyətində bir dəfə dünya, iki dəfə Avropa çempionu tituluna yiyələnib.