Portuqaliyanın “Portu” komandasının qapıçısı İker Kasilyas karyerasını başa vuracaq.
Unikal.org “Marca”ya istinadən xəbər verir ki, ötən gün komandanın məşqində infarkt keçirdiyi üçün əməliyyat olunan 37 yaşlı qolkiper yaşıl meydanlara dönə bilməyəcək. Bununla belə, Kasilyasın həyatı üçün heç bir təhlükənin olmadığı bildirlir.
Qeyd edək ki, İspaniya millisinin sabiq qapçısı olan Kasilyas 1998 – 2015-ci illərdə vətənində “Real Madrid”in formasını geyinib. O, 4 ildir “Portu”da çıxış edir.