Ukraynanın hazırkı prezidenti Petro Poroşenko parlament seçkilərindən öncə "Petro Poroşenko Bloku" (BPP) çərçivəsində Avropa yönümlü partiya yaratmaq niyyətindədir.

Unikal.org-un  "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ali Radadakı BPP fraksiyasının sədr müavini İqor Kononenko bildirib.

Onun sözlərinə görə, əvvəllər neytral mövqe tutan şəxslər prezident seçkisinin birinci və ikinci mərhələlərində Poroşenkoya qoşulmağa qərar veriblər.

Kononenko eyni prinsiplər əsasında birləşmiş partiyanın yaradılması ilə bağlı danışıqların iki il əvvəl keçirildiyini, lakin uğursuz olduğunu deyib: "Poroşenko elan etdi ki, biz bütün Avropa yönümlü qüvvələri birləşdirmək istəyirik. Bizimlə eyni prinsiplərə əməl edən bütün ictimai xadimləri, qurumları, siyasətçilər və ekspertləri birgə seçkilərə getməyə dəvət edirik”.