“Beşiktaş”ın sabiq oyunçusu Con Karyu yenə filmə çəkilir.
Unikal.org xarici mətbuata istnadən xəbər verir ki, keçmiş hücumçu “Maleficent 2” filmində rol alacaq. Filmin əsas qəhrəmanı isə məşhur aktrisa Ancelina Coli olacaq. “Maleficent 2”-nin bu il təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Karyerası ərzində “Valensiya”, “Roma”, “Lion”, “Aston Villa” kimi klublarda çıxış edən norveçli, 2004/05 mövsümündə “Beşiktaş”da top qovub.
Futbolçu karyerasını bitirdikdən sonra aktyorluğa başlayan Karyu, “Dead of Vinter”, “Heimebane”, “Hovdinqer” kimi filmlərdə rol alıb.