2019-cu ilin aprel ayı üzrə sosial şəbəkələrdə ən çox izlənən futbolçuların adlarını açıqlayıb. Bu araşdırmanı “Result Sports” aparıb.
Unikal.org xəbər verir ki, siyahıda ilk sırada “Yuventus”un hücumçusu Kriştiano Ronaldodur. Portuqaliyalı futbolçunun “instagram”, “facebook” və “tvitter”də ümumilikdə 363 milyon izləyicisi var.
İkinci pillədə isə Neymardır. PSJ-nin formasını geyinən braziliyalı hücumçunun üç sosial şəbəkədə cəmi 217 milyon izləyicisi var.
“Barselona”nın futbolçusu Lionel Messi isə bu siyahıda 3-cü pillədədir. Argentinalı hücumçu 207 milyon izləyici ilə Ronaldo və Neymarın arxasında qalıb.