Bir müddət əvvəl Kriştiano Ronaldonun keçmiş sevgilisi İrina Şeykin arasındakı münasibətlərin saxta olduğu iddia edilmişdi. Belə bir iddia ilə çıxış edən rus aparıcı və aktrisa Viktoriya Bonya futolçu və modelin reklam üçün birlikdə olduğunu, 5 illik müqavilə bağladıqlarını və anlaşma bitdikdən sonra ayrıldıqlarını bildirmişdi. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İrina Şeyk iddialarla bağlı ilk dəfə danışıb: "Haqqımızda çox şey yazıldı. Amma həqiqət budu ki, Kriştiano mənə bir çox qadınla xəyanət etdi. Münasibətlərimizi bitirən səbəb budur".

Qeyd edək ki, Ronaldo hazırda Ceorcina Rodrigeslə, Şayk Bradli Kuperlə birlikdədir.