Fransanın Tluza şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları sexinə bir nəfər naməlum şəxs silahlı basqın edib.
Unikal.org-un lenta.ru-ya istinadən xəbər verir ki, cinayətkar şəxs sexdəki 5 müştərini və bir satış menecerini girov götürüb.
Girovların hamısının qadın olduğu bildirilir.
Dərhal hadisə yerinə polis qüvvələri cəlb edilib.
Cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşlarına iki dəfə atəş açaraq tələbləri həyata keçməyəcəyi təqdirdə girovları öldürəcəyini deyib.