"Ramazanda oruclu ikən ər və arvad öpüşərsə orucları pozularmı? Kişi oruclu olarkən qadınını öpərsə qəza orucu tutmalıdırmı?".
Unikal.org xəbər verir ki, insanları narahat edən bu məsələ ilə bağlı Türkiyənin məşhur ilahiyyatçı professoru Nihat Hatipoğlu cavablandırıb. İlahiyyatçı oruc tutan ər və arvad öpüşərsə onların oruclarının batil olmadığını dilə gətirib:
“Oruc tutan ər və arvadın öpüşməsi normaldır. Xanım ərini işə yola salan zaman çox vaxt yanağından öpür, 'gülə- gülə' deyir. Kişidə evə gələn zaman arvadını öpər, sarıla bilərlər. Nəticə etibarı ilə bu normal haldır və bunun günahı yoxdur. Hz. Peyğəmbərimizin (s.ə.v.) bu cür hallara icazə verdiyini bilirik. Burada önəmli olan dərinə (cinsi münasibətdə olmaq olmaz) getməməkdir".
Ər və arvad oruc zamanı cinsi münasibətdən qorunsa yaxşı olarmı?
Əlbəttəki çəkinsə daha yaxşı olar. Nəticə etibarı ilə ər və arvad oruc tutubsa, hər şeyə diqqət etməlidir. Cütlüklər arasında sadəcə öpüşməklə oruc batil olmaz”.