Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Facebook” səhifəsində tərəfdarlarına müraciət edib.
Unikal.org xəbər verir ki, Saakaşvili lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyasını və tərəfdarlarını hücuma səsləyib.
“Biz hücum və ancaq hücum etməliyik. Bizi hər dəfə seçkidən məhrum edirlər, seçkiləri saxtalaşdırırlar. İvanişvili hər dəfə fərqli fəndlərə əl atır”, - Saakaşvili vurğulayıb.
Qeyd edək ki, bu gün Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədənkənar seçkilər keçirilib.