UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar paytaxtın 4 müxtəlif nöqtəsində bilet satışı davam etdirilir.
Unikal.org xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Qurumdan ildirilən məlumata görə, biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzlərində, eləcə də Heydər Əliyev Sarayının kassalarında satılır. Final oyununa 52 mindən çox bilet satılıb.
O da bildirilib ki, Bakı Olimpiya Stadionu 68 min nəfərə yaxın azarkeş tutumludur. Lakin final oyunu ilə bağlı UEFA bəzi dəyişikliklər edib, studiyalar qurulub, xüsusi yerlər yaradılıb. Stadion "Çelsi" - "Arsenal" oyununu izləmək üçün 63 min nəfər azarkeşi qəbul edə biləcək".