PSJ klubunun futbolçusu Neymar təcavüzdə ittiham olunur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, adı gizli saxlanılan qadın San-Pauludakı polis idarələrindən birinə gedərək braziliyalı futbolçudan şikayət edib. 

Həmin qadın Neymarla "İnstagram"da tanış olduğunu, Parisdə oteldə görüşərkən təcavüzə məruz qaldığını bildirib. 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Neymar isə bu mövzuda danışmaq istəmədiyini söyləyib.