Paytaxtda mənzildən kişi meyiti tapılıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Rzayev Azər İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​