Məhkəmə Sabunçu rayonunda azyaşlını qaçırmaqda şübhəli bilinən qadın barəsində qərar verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bu gün keçirilən prosesdə Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
Sözügedən xəbəri Sabunçu rayon məhkəməsindən Unikal.org-a təsdiqləyiblər.
Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Famil Fərhadoğlu