Türkiyə şimaldan Suriyanın İdlib bölgəsində hərbi əməliyyatlar keçirir.
Unikal.org Milli Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Suriyada rejim qüvvələri Türkiyə Silahlı Qüvvələrinin İdlib (Tall Bəzən və Mura bölgəsi) gərginliyi azaltma bölgəsində yerləşən 9 nömrəli nazərət nöqtəsinə top və minaatandan atəş açıb.
"Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, Suriya rejim qüvvələri Türk nəzarət məntəqəsinə qəsdi olaraq atəş açıb. Məntəqədəki obyekt, təchizat və materiallardan bir hissəsinə ziyan deyib.
Hücuma bölgədəki ağır silahlarla anında cavab verilmişdir.
Milli Müdafiə Nazirliyi hücumla əlaqədar olaraq Rusiya nəzdində lazım olan təşəbbüsləri qaldırdığını açıqlayıb.
Nazirlik vəziyyətin yaxından təqib edildiyini də vurğulayıb".