Bu gün İsveçrənın Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.
Unikal.org xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi 1-ci mərhələdə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.
"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.