Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırıb.
Unikal.org xəbər verir ki, o bu barədə öz bəyanatında bildirib:
"Salam əziz həmvətənlərim! Mən 12 gündən etibarən davam etdiyim aclıq aksiyasına son verməyi qərara aldım. Bunun başlıca səbəbi ürək qan-damar sistemində meydana gələn problemlərdir. Həm saxlanıldığım mərkəzin həkimləri, həm də tecılı yardım xidmətinin həkimləri məsləhət görürlər ki aclıq aksiyasını saxlayım. Amma təəssüflə bildirmək istəyirəm ki, aclıq aksiyasının səbəbi olan, mənim tutulmagim, məhkəmə prosesinin qeyri qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanindan geri qaytarılması və burada 12 gündən artıq saxlanılmagımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb. Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacag və mən rahat bir şəkildə vətənimiz Azərbaycana qayıda biləcəm.Sag olun, salamat qalın".