Azərbaycanda Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək.
Unikal.org-un xəbərinə görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik edilir.
Qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.
Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əmək haqqı veriləcək. Yəni 2 475 manat.