Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilir.
Unikal.org xəbər verir ki, “Dinamo Arena”da keçirilən açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə baxırlar.
Qeyd edək ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar.
Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar. İkinci Avropa Oyunlarına 3 min könüllü cəlb olunub.