Azərbaycan yığmasının daha bir boksçusu Belarusda keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.
Unikal.org xəbər verir ki, Lorenzo Sotomayor (69 kq) 1/16 final görüşünü keçirib. Olimpiya mükafatçımız Qurqen Madoyanla (Ermənistan) üz-üzə gəlib. Boksçumuz erməni rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0.
Qeyd edək ki, L.Sotomayor 1/8 finalda Maqomed Şaçidov (Almaniya) – Adem Fetahoviç (Bosniya və Herseqovina) cütünün qalibi ilə görüşəcək.