II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov 1/2 final görüşünə çıxıb.
Unikal.org xəbər verir ki, o, bu mərhələdə yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb.
Digər Azərbaycan təmsilçisi Hidayət Heydərov bürünc medal uğrunda təsəlliverici görüşdə daha əvvəl Rüstəm Orucovun ¼ finalda məğlub etdiyi Ermənistan idmançısı Ferdinand Karapetyanı üstələyib. Əlavə vaxtda ipponla qələbə qazanan Azərbaycan təmsilçisi bürünc medal görüşünə vəsiqə qazanıb.
xxx
15:21
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışları davam edir.
Unikal.org xəbər verir ki, kişilərin 73 kq çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçuları növbəti qarşılaşmalarını keçiriblər.
Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov 1/4 finalda ermənistanlı Ferdinand Karapetyana qalib gəlib. Hidayət Heydərov isə yunanıstanlı Georgios Azoidisə məğlub olub.
Yarımfinala yüksələn R.Orucov komanda yoldaşını mübarizədən kənarlaşdıran yunan rəqiblə üz-üzə gələcək. Təsəlliverici görüşdə mübarizə aparacaq H.Heydərov digər təmsilçimizə uduzan F.Karapetyanla qarşılaşacaq.