Azərbaycan boksçusu Tayfur Əliyev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarındakı çıxışını erkən bitirib.  

Unikal.org-un məlumatına görə, 56 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ukrayna təmsilçisi Nikola Butsenkoya məğlub olub (1:4).

T.Əliyev 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovu üstün olsa da, növbəti rəqibinə məğlub olub. 

Bu gün Azərbaycan boksçularından Məsud Yusifzadə (52 kq) Dmitri Zamotayevlə (Ukrayna), Lorenso Sotomayor (69 kq) Adem Fetahoviçlə (Bosniya və Herseqovina), Məryəm Cəbrayılova isə Vivyen Budai ilə (Macarıstan) üz-üzə gələcək.