Bu gün Azərbaycanın sərbəst güləşçiləri “Minsk 2019” II Avropa Oyunlarında mübarizəyə start verəcək.
Unikal.org xəbər verir ki, üçqat dünya və Avropa çempionu Hacı Əliyevlə (65 kq) Nurmaqomed Qadjiyev (97 kq) iyunun 26-da yarışa çıxacaq.
Azərbaycan idmançıları yarşın beşinci günü həmçinin güllə atıcılığı, cüdo, kamandan oxatma, velosiped, boks, badminton və gimnastika növlərində də qüvvələrini sınayacaqlar.
Güllə atıcılığı
Qadınlar, kiçikçaplı tapança, 25 m
10:00. Nigar Nəsirova
Cüdo
Qarışıq komanda yarışı
11:30. Azərbaycan - Fransa
Kamandan oxatma
Qadınlar, fərdi yarış, 1/32 final
12:00. Ozay Qasımova - Elena Rixter (Almaniya)
Sərbəst güləş
57 kq, 1/8 final
12:10. Mahir Əmiraslanov - Georgi Vangelov (Bolqarıstan)
74 kq, 1/8 final
12:40. Hacımirad Hacıyev - Soner Demirtaş (Türkiyə)
86 kq, 1/8 final
13:00. Aleksandr Qostiyev - Denis Balaur (Moldova)
125 kq, 1/8 final
13:30. Cəmaləddin Məhəmmədov - Vitali Piasniak (Belarus)
Velosiped
Şosse, fərdi yarış
14:00. Samir Cəbrayılov və Elçin Əsədov
Boks
Kişilər
60 kq, 1/8 final
15:30. Cavid Çələbiyev - Dorin Buska (Moldova)
81 kq, 1/8 final
17:00. Alfonso Dominges - Mixail Dolqolevets (Belarus)
49 kq, 1/4 final
20:15. Rüfət Hüseynov - Federiko Serra (İtaliya)
Badminton
Kişilər, qrup mərhələsi
G qrupu, II tur
17:00. Azmi Qovumuramadhoni - Robet Mann (Lüksemburq)
Gimnastika
Batut, kişilər, fərdi yarış
21:05.Ruslan Ağamirov və İlya Qrişunin
Qeyd edək ki, hesabından 4 gümüş və 7 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasına görə 24-cü pillədə qərarlaşıb.
Medal sıralamasına 22 qızıl, 12 gümüş və 14 bürünclə Rusiya komandası başçılıq edir.