Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.
Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi Avstriyada təlim-məşq toplanışında ikinci yoxlama görüşündə qüvvəsini sınayıb.
Azərbaycan çempionu Rumıniyanın "Universitatya” (Krayova) klubu ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, Avstriyadakı ilk yoxlama matçında "Lüdoqorets"ə (Bolqarıstan) 0:2 hesabı ilə məğlub olan "Qarabağ" iyunun 28-də “Ufa” (Rusiya), iyulun 2-də “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.