Xəbər verdiyimiz kimi, Suriyanın İdlib şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi atəşə tutulub. Türkiyə Milli Müdafiə Nazirliyi məlumatına görə, atəş qəsdən açılıb və türk ordusu cavab zərbələr endirib.
Hücum nəticəsində bir Türk əsgəri öldürülüb, 3 nəfəri isə yaralanıb, yaralılar xəstəxanaya çatdırılıb. Türkiyə Müdafiə Nazirliyi İdlibdə müşahidə nöqtəsinə hücumun təşkil olunduğunu bildirib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hücumla əlaqədar olaraq Türk Silahlı Qüvvələrinin Baş Qərargahına Rusiyanın Ankaradakı attaşesi çağırılıb. Ona bildirilib ki, Türkiyə hücumlara cavab olaraq sərt tədbirlər görəcək.
Türkiyə Müdafiə Nazirliyi bununla bağlı bəyənat da yayıb:
"Suriyada Bəşər Əsəd rejimi və onun dəstəkçiləri "İdlib Gərginliyin Azaldılması Bölgəsi"ndə nəzarət etdiyi bölgədən, 10 nömrəli Müşahidə Nöqtəmizə bu gün qəsdli şəkildə top və havadan atəşlə hücumlar edilib. Hücum zamanı bir qəhrəman silah yoldaşımız şəhid olub, üç qəhrəman silah yoldaşımız isə yaralanıb. Hadisə yerindən təxliyyə edildikdən sonra yaralılar xəstəxanaya çatdırılıb".