İsti hava Trabzonun büyük bölümünü təsiri altına alsa da Çaykara mahalının Haldizen Vadisindəki 3000 m hündürlükdəki yaylasına qar yağıb. 

Unikal.org xəbər verir ki, 6-8 m hündürlüyündə olan qar kütləsi həmin bölgəyə gedən yerli və xarici  turistlərin də marağına və təəccübünə səbəb olub. Bəzi Ərəb turistlər, qar kütlələrinə ərəbcə yazı yazıb şəkil çəkdirib. Bəziləri də qartopu oynayıb.