Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası bərpa edilib.
Unikal.org xəbər verir ki, yağışlı hava şəraitinə baxmayaraq parlament binasının qarşısına toplaşan etirazçılar Daxili İşlər Naziri Giorgi Qaxariyanın istefası tələbi ilə "Get" şüarı səsləndirirlər.
Nümayişçilər ölkədəki vəziyyətə görə Gürcüstanın baş naziri Mamuka Baxtadzeni ittiham edirlər.
Qeyd edək ki, Tbilisidə parlament binası qarşısında ardıcıl 9 gündür ki, etiraz aksiyaları keçirilir.