Xəbər verdiyimiz kimi, Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" (G20) sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın təkbətək görüşü olub.
Unikal.org xəbər verir ki, görüşdən sonra iki ölkənin liderləri mətbuata açıq bəyanatlarla çıxış ediblər.
ABŞ prezidenti Türkiyənin Rusiyadan aldığı S-400 raket sistemləri ilə bağlı açıqlama verib və bəyan edib ki, bu silahın alınmasında Ərdoğanın heç bir günahı yoxdur:
"Mən ölkəmi sevirəm və amma bunu söyləmək məcburiyyətindəyəm. Prezident Ərdoğan, bilirsiniz Rahib Brunsonı geri verdi. Ərdoğan mənim baxışımda çox çətin bir adamdır. Hesab edirəm ki, S-400 məsələsində Ərdoğanın heç bir günahı yoxdur. O, vaxt Obama rəhbərliyi Türkiyəyə Patriotları satmadı. Türkiyə ABŞ-ın müttəfiqi, böyük ordusunun olmasına baxmayaraq sərhədlərinin müdafiəsi üçün bizdən Patriot raket sistemi almaq istədi. Amma, buna Obama "yox" dedi. Davamlı xeyr dedilər. Bunun o qədər də yaxşı olmadığını düşünürəm. Türkiyə bundan sonra bu silahın əvəzinə, Rusiyadan S-400 raket sistemləri almaq qərarını verdi və bunu etdilərdə. Çox pul verdilər, müqavilə bağlayıb aldılar. Bizim ölkəmizdən getdilər. Qarışıq bir mövzudur. Bunun üzərində çalışırıq. Hesab edirəm ki, bu gərginlik Ərdoğanın günahı deyil. Mən bunu yaxşı anlayır və onunla ədalətsiz davranıldığını düşünürəm".
Tramp Rusiyadan alınan S-400 raket sistemlərinə görə, ABŞ höküməti Türkiyəyə F-35 qırıcı təyyarələrini verməkdən imtinasına da münasibət bildirib: "Bu arada Türkiyə ABŞ-dan 116 ədəd F-35 təyyarəsi satın aldı. Bilirsiniz bu təyyarə radara düşmür. Və yenədə almaq istəyirlər. İndi də pulunu ödədiyi təyyarələrin Türkiyəyə gətirilməsini tələb edirlər. Şirkətimizə də pul ödədilər".