Ötən gecə İstanbulda kiçik iğtişaş yaranıb.
Unikal.org xəbər verir ki, şəhərin Kiçikçəkməcə adlanan hissəsində 12 yaşlı qızın əcnəbi ölkə vətəndaşı tərəfindən zorlanması iddiası ilə əlaqədar bir qrup şəxs küçəyə çıxıb.
Polislərin hadisəni törədən şəxsi yaxalayıb apardığı vaxt əraziyə toplanan yerli sakinlər şüarlar səsləndiriblər. Polis insanların ərazini boşaltmamasını əsasə gətirərək güc tətbiq edib və bir neçə nəfər saxlanılıb.
Bir neçə saat davam edən incident gecə saatlarında başa çatıb.