Yekaterinburqda Qırğız Şəhər Diasporunun keçmiş rəhbəri, biznesmen Kamçı Kərimov güllələnib.

Unikal.org  Rusiya mediasına  istinadən xəbər verir ki, iş adamının qarnına və ayağına odlu silahdan atəş açılıb. Bəzi şahidlərin sözlərinə görə, Kərimovun cəsədinin yanında pulla dolu çanta olub. Biznesmənə hücum edən bir neçə nəfər olub.

Onlar əvvəlcə Kərimovu döyüb, daha sonra ona atəş açıblar.