Belçikanın Antverpen şəhərində 17 yaşlı gəncə qadın cinsində şəxsiyyət vəsiqəsini aldığı ilk gün təcavüz ediblər.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, cinsiyyətini dəyişdirən oğlan gey kluba gedib.Bura o, 34 yaşlı kişinin təcavüzünə uğrayıb.Sonra hava almaq üçün çölə çıxanda həmin şəxslə bərabər olan 2 şəxs cinsini dəyişən gənci izləyib.Həmin şəxslər ona yaxınlaşaraq, məcburən onu taksiyə mindiriblər.Sonra bir evə apararaq növbə ilə onu zorlayıblar.Bu zaman cinsiyyətini dəyişən gənc üç nəfərdən birinin cinsi orqanını dişləyərək hadisə yerindən qaçıb.Zərərçəkənin vəkili indi məhkəməyə müraciət edərək hüquqlarını qoruduğu gəncə görə təcavüzçülərdən 7 min 850 avra təzminat tələb edir.Hakim isə gənci zorlayanların hər birinə 6 il həbs cəzası istəyib.Təqsirləndirilən şəxslər isə cinsi münasibətə razılıqla girdiklərini bildiriblər.