"Keşlə" klubu növbəti oyunçu transfer həyata keçirib.
Klubun mətbuat xidmətindən Unikal.og-a verilən məlumata görə, qapıçı Stanislav Namaşko ilə müqavilə bağlanılıb. Moldova milli komandasının üzvü 1+1 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, 33 yaşlı Stanislav Namaşko Moldovanın müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarına dəvət almaqla yanaşı, "Tiraspol" (Moldova), "Şerif" (Moldova), "Kuban" (Rusiya), "Spartak-Nalçik" (Rusiya), "Volqar" (Rusiya), "Dinamo-Avto" (Moldova), AZAL (Azərbaycan), "Levadiakos" (Yunanıstan), "Deçiç" (Montenegro) komandalarında da çıxış edib. Onun son klubu Montenegro "Zeta"sı olub.