Tunisin baş naziri Yusif Şahid qadınlara dövlət idarələrində niqabdan istifadə etmək qadağası haqda danışıb. Bu haqda “Reuters” məlumat yayıb.
Unikal.org xəbər verir ki, Tunis hakimiyyəti bir həftə ərzində baş verən üç terror aktına görə narahatdır. Xüsusilə iyulun 2-də terrorçunun niqabla üzünü örtməsi Afrika ölkəsi hökumətinin belə addıma vadar edib.
Bundan əvvəlki iki terror aktı birbaşa polisə yönəlmişdi. Əvvəlcə asayiş keşikçisinə hücum olmuşdu. İkinci halda isə polis bölməsində terror yaşanmışdı. İŞİD məsuliyyəti üzərinə götürüb.
Tunisdə qadınlara 2011-ci ildən niqabdan istifadəyə icazə verirlər. Buna qədər hakimiyyət onillərlə ənənəvi müsəlman geyiminə qarşı çıxırdı. Niqab qadağası Fransada, Avstriyada, Danimarkada da var.