2002-ci il təvəllüdlü gənclər arasında futbol üzrə Rusiya çempionatının Qroznının “Ramzan” və “Novosibirsk” klubları arasındakı görüşündə kütləvi dava düşüb.
Unikal.org-un Rusiya KİV-nə istnadən verdiyi xəbərə görə, davanın əsas səbəbkarı “Ramzan”ın futbolçusu ilə toqquşmadan sonra yerə yıxılan rəqibini vuran “Novosibirsk”in oyunçusu olub. Bundan sonra Çeçenistan klibunun oyunçuları da müdaxilə ediblər. Digər komandanın təmsilçiləri də analoji addım atıblar.
Dava zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur. Münaqişə dayanandan sonra hakim oyunu davam etdirməməyi qərara alıb. Həmin vaxt “Novosibirsk” 1:0 hesabı ilə irəlidə olub.