İranın cənub-qərbində baş vermiş zələzələ nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu barədə Unikal.org "Tasnim"ə istinadən xəbər verir.
11:58
İranın qərbində Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un məlumatına görə, yerli vaxtla səhər saat 07:00-da baş vermiş zəlzələnin episentri Əhvaz şəhərindən 87 kilometr cənub-şərqdə olub.
Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olması barədə hələlik məlumat verilməyib.