Türkiyənin Adana şəhərində 18 yaşlı R.T adlı gənc qız yaxının toy mərasimində iştirak edib. Bu zaman o naməlum şəxslər tərəfindən avtomobillə qaçırılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polislər onu qarğıdalı tarlasında yaralı vəziyyətdə tapıblar.
Bildirilir ki, yaxınları onun qaçırıldığını anladıqları zaman polisə xəbər veriblər. Polislər axtarışa başlayıblar . Gölbaşı məhəlləsindən qadın səslərinin gəldiyini və onun yardım istədiyini eşidiblər.
Gənc qızı tarlada yaralı halda tapılıb. Təcili yardımdakı səhiyyə işçiləri R.T-ni müayinə etdikdən sonra polis bölməsinə aparılıb. O ifadə verdikdən sonra Adanada Xəstəxanaların birinə müalicə üçün göndərilib.
Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.